Əsas Səhifə > Qanun, Cəmiyyət > Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən atdı
Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən atdı29-06-2020, 10:56 |
|
Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib. Rubrika.Az APA-ya istinadla xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb. Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci il təvəllüdlü Tağıyev Azad Cəbrayıl oğlu məsuliyyətdən azad olmaq üçün özünü pəncərədən yerə atıb. O, ağır vəziyyətdə - boyun və ayaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Rubrika.Az Geri qayıt |