Əsas Səhifə > Cəmiyyət > Parlament maska taxmayanlarla bağlı cərimələri artırdı: 100-800 manat
Parlament maska taxmayanlarla bağlı cərimələri artırdı: 100-800 manat29-06-2020, 11:35 |
![]() Milli Məclisin növbədənkənar iclasında tibbi maska taxmamağa görə cərimələrin artırılmasını müzakirəyə çıxarılaraq qəbul edilib. Müzakirələr zamanı çıxışa 21 nəfər yazılsa da, komitə sədrləri Siyavuş Novruzov və Əhliman Əmiraslanovun çağırışlarından sonra spiker layihəni səsverməyə çıxarıb və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsini nəzərdə tutan layihə təsdiqlənib. Qeyd edək ki, dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək. Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək. **** Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. İclasda 95 deputat iştirak edir. İlk olaraq İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Sədr deyib ki, son vaxtlar ölkəmizdə koronavirus infeksiyasına yoluxmalarla bağlı artım var. Bununla əlaqədar olaraq MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsi hazırlayıb. Layihədə qoruyucu maskadan istifadə etməyənlərə görə cərimə sanksiyalarının artırılması nəzərdə tutulur. S.Qafarova bildirib ki, yalnız rəqəm dəyişikliyi nəzərdə tutulduğuna görə qanun layihəsi yalnız bir oxunuşda qəbul ediləcək. Komitə sədri Əli Hüseynli videokonfransda olduğuna görə, layihəni deputat Nizami Səfərov təqdim edib.(musavat.com) Rubrika.Az Geri qayıt |