Əsas Səhifə > Cəmiyyət > Bakıda hamilə qadın koronavirusdan öldü
Bakıda hamilə qadın koronavirusdan öldü29-06-2020, 14:12 |
![]() Paytaxtda hamilə qadın koronavirusdan dünyasını dəyişib. Rubrika.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicə alan qadın 10 günlük komadan sonra ayılmayıb. ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, ananın vəziyyəti get-gedə ağırlaşdığına görə körpəni xilas etmək üçün təcili qeysəriyyə əməliyyatı olunub: “Hazırda körpənin vəziyyəti çox ağırdır. Bətndə ananın vəziyyəti ilə bağlı oksigen azlığı keçirib. Bu səbəbdən, baş beyində ciddi zədələnmələr var. Müayinələrdə beyində qanama, beynin işemik zədələnməsi aşkarlanıb. İlk andan körpə ağciyərlərin süni tənəffüs cihazına bağlıdır. Hələ ki, cihazdan ayırmaq mümkün deyil”. Rubrika.Az Geri qayıt |