Əsas Səhifə > Cəmiyyət > Prezident İlham Əliyevin tarixi təklifi qlobal dəstək alır

Prezident İlham Əliyevin tarixi təklifi qlobal dəstək alır


29-06-2020, 15:58


Bütün dünyanı bürüyən COVİD-19 pandemiyasının bəşəriyyət üçün yaratdığı təhlükəsi qarşısında Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının onlayn zirvə görüntüsündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə BMT Baş Assableyasının xüsusi sessiyasının keçirilməsi haqqında tarixi təşəbbüs irəli sürdü. Təşəbbüs, gözlənildiyi kimi, öz dəstəyini tapmışdır: artıq 130-a qədər ölkə təklifi bəyəndikləri barədə BMT Baş Katibinin ofisinin rəsmi şəkildə məlumatlandırmışdır. Həmin ölkələr coğrafi baxımdan dünyanın bütün regionlarını əhatə edir. Bu ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də vardır.
BMT Baş Katibinə ünvanlanan razılıq məktublarında Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklifinin vaxtında verilmiş zəruri təklif olduğu vurğulanır. Bu o deməkdir ki, üçüncü dünya müharibəsi qədər təhlükəli ola bilən COVİD-19 pandemiyası şəraitində özünütəcrid və ötəri xarakter daşıyan tədbirlər əvəzinə dünya həmrəyliyinə böyük ehtiyac vardır. Təklifin bəyənilməsi o deməkdir ki, insanların həyatının təhlükə altına düşdüyü, ciddi sağlamlıq problemləri, qlobal sosial-iqtisadi və humanitar çətinliklərin yarandığı bir vaxtda Azərbaycan Respublikası beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə konkret və real işlər görməyi təklif edir.
Bu razılıq beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük ehtiram və hörmətin göstəricidi və prezidentimizin beynəlxalq səviyyədə böyük diplomatik uğurudur.
Görəsən himanist məqsədlər naminə irəli sürülmüş təklifə yeganə şəkildə qarşı çıxan və rüsvayçılıqla növbəti dəfə diplomatik məğlubiyyətə düçar olan işğalçı ölkə- Ermənistan hansı dəlillər əsasında qeyri-humanist addımı atmış və bu təklifin həyata keçirilməsinə razılıq verməmişdir.
Biz inanırıq ki, BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək və bu qlobal çətin durumda təhlükə ilə üzləşən insanların xilası naminə dünya ölkələri birləşərək təsirli tədbirlər görməyə müvəffəq olacaqlar. Qoy təcrid şəraitində qalan yeganə ölkənin faşist əsilli başçısı təklik və fəlakət girdabında başına çarə qılsın.
Müstəqil Azərbaycan Respublikası qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrindəki birləşdirilicik missiyasının davamı kimi COVİD-19 pandemiyasına qarşı mübarizədə qlobal həmrəyliyi yaratmağa nail olur.
Xalqımıza və onun lideri Prezident İlham Əliyevə uğurlar arzu edirik.

İmamverdi Həmidov
Azərbaycan MEA-nın Nizami Gəncəvi
adına İnstitunun Ədəbiyyat şöbəsinin müdiri,
professor, filologiya elmləri doktoru



Geri qayıt