Əsas Səhifə > --- > Prezident İlham Əliyev: “Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik”
Prezident İlham Əliyev: “Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik”29-06-2020, 15:59 |
|
Dünyanı koronavirus pandemiyası bürüdüyü, hər gün müxtəlif ölkələrdə çoxsaylı ölüm hallarının baş verdiyi bir zamanda insanların gündəlik yaşam mübarizəsinin əsasını koronavirus pandemiyasının təşkil etməsi təsadüfi deyil. Dünya ölkələri pandemiyadan çıxış yolunu tapmaq üçün müxtəlif vasitələrə əl atırlar. Bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus pandemiyası gündəlik mübarizə məsələsinə çevrilmişdir. “Covid-19” qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Pandemiyanın başlanmasından etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə koronavirusa qarşı mübarizədə zəruri məsələlər gündəmə gətirilir, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür. Yeri gəlmişkən qeyd etmək lazımdı ki, Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il may ayının 4-də QH-nin Təmas Qrupunun koronavirus pandemiyasına həsr edilmiş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn Zirvə Görüşü təşkil edildi. Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən II Zirvə Görüşüdür. Bundan əvvəl – aprelin 10-da ölkəmizin təşəbbüsü və sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdi. Videokonfrans yoluyla təşkil edilən görüşdə Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə məlumat verilmiş, pandemiya dövründə hökumət qarşısında duran ən mühüm məsələnin insanların sağlamlığının təmin edilməsi olduğu göstərilmişdi. Eyni zamanda, Prezident İlham Əliyev öz çıxışında qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdür. Ölkə başçısının bu təklifi irəli sürməsi onun qlobal liderlik keyfiyyətlərinin və dünyada baş verən hadisələrə qlobal baxmaq bacarığının göstəricisidir. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırıla bilər. BMT-nin Baş katibi Antonio Quterreş 28 may tarixində bütün üzv ölkələrə müraciət ünvanlamış, 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Rəsmi məlumatlara görə 130-a qədər BMT üzv dövləti tərəfindən Prezident İlham Əliyevin təşəbbüsü dəstəklənmişdir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olmuşdur. Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs əksər dünya dövlətləri tərəfindən qəbul edildiyi üçün Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi artıq BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib. Əgər bu təşəbbüs reallaşarsa, dünya insanına pandemiyadan qorunmaq yolunda böyük töfhə verə bilər. Nəsimi rayonu təhsil işçisi Fehruzzadə Xatirə Qurban qızı Geri qayıt |