Əsas Səhifə > Cəmiyyət > Azərbaycan Ordusu qürur mənbəyimizdir

Azərbaycan Ordusu qürur mənbəyimizdir


29-06-2020, 16:00



Tanrım səni qorusun
Sən də doğma Vətəni
Azərbaycan əsgəri !!!!!!

Bu gün Azərbaycan adlı dövlətin Milli Ordusunun yaranmasından 102 il ötür.Əsası 1918-ci ildə qoyulmuş bu ordumuz şərəfli çətinliklərlə dolu bir tarixi yol keçmişdir.Yarım əsrdən çox Rus İmperiyasının işğalı, qonşu dövlətlərin torpaqlarımıza daima göz dikmə fikirləri dövlətimizi təhlükələrə məruz qoymuşdur.
Tarixən həmişə ordu müdafiə etmək, qorumaq funksiyasını daşıyıb. Bu gün də bizim milli qürürumuzun göstəricisi, ərlik-ərənlik məktəbidir. Bu danılmaz faktdır ki,bu gün Azərbaycan Ordusu yüksək peşəkarlıq səviyyəsindədir.Son dövrlərdə aparılan hərbi əməliyyatlar məhz ordumuzun zabiti və əsgərlərin qəhrəmanlığı və şücaəti sayəsində olmuşdur.
Son dövrlərdə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və tələbi ilə ordu quruculuğu ilə bağlı bir çox islahatların aparılması orduya qarşı diqqətin bariz nümunəsidir. Ordudan tərxis olunan hərbi qulluqçulara güzəştlərin edilməsi, onların mənzillə təmin olunması, hərbi məqsədlər üçün bir çox avadanlıq və texnikaların alınması da məhz orduya diqqət və qayğının bariz nümunəsidir. Ölkə rəhbərinin bir çox görüş və tədbirlərdə də Milli Orduya diqqət və qayğının artırılması çıxışlarının əsasını təşkil etmişdir.
Bir əsrdən çox çətin və mürəkkəb döyüş yolu keçmiş Azərbaycan Ordusu bu gün sənin günündür!Sənə nə arzulayım???
Hər nə olursa olsun bütün imkanlarımızdan istifadə edərək,qüvvələrimizi birləşdirərək babalarımızın ruhu dolaşan işğal altında olan Qarabağımızı düşməndən azad etməliyik.
Əgər biz Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi altında birləşərək dədə-baba topraqlarımıza sahib çıxmasaq gələcək nəsillər bizi bağışlamayacaqlar.Sənin,mənim,babalarımızın at oynatdığı torpaqlarda “Qanunsuz Ermənistan” məskunlaşmasına yol verməməməliyik.
Bayramınızı təbrik edirəm!! Mərdliyinə,ləyaqətinə güvəndiyim Azərbaycan Ordusu! Qarabağda qələbə paradını keçirmək diləyilə... Ordu Gününüz mübarək!

Dədəm Qorqud iğidləri səsləyir
Ocaq çatıb Xankəndində gözləyir.
İşğal altındadır Şuşam inləyir
Haydı igidlərim, qeyrət vaxtıdır!
Şuşamız gözləyir,qisas vaxtıdır....

Gülnarə Hacıyeva
Nəsimi rayonu sakini



Geri qayıt