Əsas Səhifə > Siyasət > Prezident İlham Əliyevin təşəbbüsünə dünyanın dəstəyi

Prezident İlham Əliyevin təşəbbüsünə dünyanın dəstəyi


29-06-2020, 16:02


COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, umumi fəaliyyət və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Belə bir vəziyyətdə BMT və onun əsas qurumları, böyük dövlətlər COVİD-19 pandemiyasına qarşı mübarizədə gözləntiləri qarşılamadılar. Onlar bu qlobal pandemiyaya qarsi birgə mubarizədə birləşmək,umumi maraqda təşəbbüskar olmaq, qlobal liderlik əzəzinə geosiyasi rəqabət və özünü təcridə meyilləniblər..
Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə zəruri məsələlər gündəmə gətirilir, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. İndi özünü təcrid və kiçik tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Amma təəssüf ki, bu durumda BMT-nin Baş Assambleyası, yaxud Təhlükəsilik Şurası heç bir reaksiya ilə gündəmdə təmsil olunmur.Belə bir veziyyetde Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi ve bir sira beynəlxalq təşkilatlara rəhbərlik edən yüksək vəzifəli nümayəndələr də istirak edirdilər. Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Azərbaycan Prezidentinin bu təşəbbüsünü BMT-nin 130-a qədər QH üzvü olan ölkəsinin dəstəkləməsi eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzunu dahada artırır. Bu təşəbbüsə qarşı çıxan isə yeganə ölkə Ermənistan oldu. Bu isə bir daha bu ölkənin dünyadakı həmrəyliyə və birliyə qarşı düşmən mövqedə olmasini ortaya qoymuş oldu. Xüsusi sessiya pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına və bu qlobal təhlükənin aradan qaldırılmasına öz töhfəsini verəcəkdir. Prezident İlham Əliyevin təşəbbüsü Azərbaycanın beynəlxalq arenada mövqeyinin güclənməsinin, dövlətimizin ve onun rəhbərinin nüfuzunun göstəricisidir.

Mənsur Vəliyev
Nəsimi rayon Təhsil işçisi




Geri qayıt