Əsas Səhifə > Cəmiyyət > Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir

Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir


29-06-2020, 17:00

Müdafiə Nazirliyinin “N saylı” hərbi hissəsinin açılışında cənab Prezident İlham Əliyev ilk öncə ordu quruculuğu barədə danışdı. Qeyd olundu ki, Prezidentin fəaliyyətində ordu quruculuğu birinci yerdədir.
Ölkəmizin müharibə şəraitində yaşaması və belə bir halda ordu ilə bağlı bütün məsələlərin ən başlıca vəzifə olması da vurğulandı.
Bütün imkanlar yaradılıb ki, xidmət yüksək səviyyədə aparılsın. Prezidentin göstərişi ilə hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb, hərbi bazalar, şəhərciklər, hərbi hissələr demək olar ki, yenidən qurulur.
Müntəzəm surətdə zabitlərin məişət problemləri həll olunur, şəxsi heyətin xidmət şəraiti yaxşılaşdırılır. 20 il orduda qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir.
Böyük qürur hissi ilə qeyd olundu ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.
Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ən əsası nəhəng neft-qaz layihələrinin icrası nəticəsində biz güclü iqtisadiyyat qurmuşuq.
Azərbaycanın strateji üstünlüyünü göstərən cəhətlərdən biri də cəbhə bölgəsində yaranmış vəziyyətdir.
Bizim böyük potensialımız ordumuzun müasir silah-sursat, texnika ilə təchizatıdır. Yüzdən çox hərbi və hərbi nəqliyyat vertolyotumuz, döyüş təyyarələrimiz bizim hərbi gücümüzün göstəricisidir.
Hərbi tələbatın mühüm hissəsini Müdafiə Sənayesi Nazirliyi istehsal edir.
Xüsusi əhəmiyyət verilməli sahələrdən biri də hərbi hissələrdə ideoloji vəziyyətdir. Hər bir əsgərdə, zabitdə ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar dolğun təəssürat olmalıdır. Azərbaycan torpaqlarında formalaşan bugünki Ermənistanın xəritəsində coğrafi toponimlərin əsl adlarını gənclərimiz bilməlidir.
Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu və ordu quruculuğunda yeni mərhələ başlandı və bu quruculuq işləri cənab İlham Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində bu gün də uğurla davam etdirilir. Amma bütün bunlarla yanaşı ordumuzun döyüş qabiliyyətinin artırılması şərtdir.
Biz bir addım da geri atmayacağıq, öz mövqeyimizdə möhkəm dayanmışıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.
Çox qəribə bir haldır ki, Ermənistan hökümətinin antidemokratik rejiminə qarşı Avropa Şurası və ATƏT səslərini çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir.

Amalya Zalova
Bakı şəhər Nəsimi rayon təhsil işçisi



Geri qayıt