Əsas Səhifə > Cəmiyyət > Göstərilən təşəbbüsə bütün dövlətlər dəstək oldu

Göstərilən təşəbbüsə bütün dövlətlər dəstək oldu


29-06-2020, 17:05


Məlum məsələdir ki, dünya sərhədlərə bölünsə də hamımızın dünyasıdır . Yəni , nəinki, ölkələrdə, bütün dünyada baş verən hadisələr böyüklüyündən kiçiklyindən asılı olmayaraq , hər dövlət də , hər cəmiyyət də özünün ümumbəşəri təsirini tapır. Hamı , bütün dünya onun əziyyətini çəkir . Hal -hazırda baş verən hadisələrə bir ad qoya bilərik. "Dünya öz içində savaşa çıxıb". Görünməyən düşmənlə. Koronovirus (Covid-19) pandemiyası bütün dunyanı dərd ortağı etsə də , bir çox qurumlar, təşkilatlar qorunmanın , özünütəcrid funksiyasını tərciyə edib ,bir növ qapanıblar. Yüksək tribunalardan səslənən insan haqlarının ümumbəşəri, qlobal problemlərin həlli məsələlərində ümumiləşərək baryer quranlar, nədənsə bu gün susur. Özünütəcridi daha düzgün yol kimi qəbul edir.
Azərbaycan milli dəyərlərini, sevir, üstün tutur. Öz siyasi ,iqtisadi baxışlarını müdafiə edir , qoruyur .Buna söz yox . Amma , nə dünyanı , nə də özünü bu bəla ilə üzbəüz qoyub , yaxasını kənara çəkmir. Bas verən hadisələr dönəmində 30 -dan çox ölkəyə maddi , mənəvi dəstək duran dövlətimiz,dövlət başçımız , hal hazırda siyasi oyunları ilə gündəmləri zəbt edənlərə səslənir . Öz siyasi gücünü göstərir.
Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Covid-19-a həsr edilmis xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyi göz önündədir. Bəli, Dünyanın 130- dan çox ölkəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi təşəbbüsünü dəstəklədi.
Bizə də bu yaraşar . Nüfuzumuz , hörmətimiz hər zaman üzdə olub.Səslərə səs verən, işığı ,nuru hər yandan görünən Azərbaycana eşq olsun! İnam böyük quvvədir. İnandırmaq ondan da böyük. Dunya bizim siyasi baxıslarımıza inanır, onu dəstəkləyir. Bütün dünya dövlətləri uzaq görən liderimiz, İlham Əliyev Cənablarının siyasi-iqtisadi baxışlarına doğru sıralanmağa hazırdırsa, nə xoş bizlərə. İnam və etiqadımızın hər bəlanın öhdəsindən gələcəyinə əminik. Bütün dövlətlər işıqlı gələcəyimizi, gücümüzü görür, dəstəkləyir. Görüb,inananlar içində dəstəkləməyənlər də var. Biz sadəcə onları görmək istəmirik. Dəstək verenlərimiz bizə də, dünyaya da bəs edər.

Ağalarova Təranə
Nəsimi rayon təhsil işçisi



Geri qayıt