Əsas Səhifə > Cəmiyyət > Magistraturaya qəbul üçün keçid balları açıqlandı
Magistraturaya qəbul üçün keçid balları açıqlandı30-06-2020, 11:45 |
![]() Dövlət İmtahan Mərkəzi "Magistr" jurnalının 5-ci nömrəsini dərc edib. Mərkəzdən Rubrika.Az-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub: "Bakalavrların nəzərinə çatdırırıq ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan 2020-ci ilin iyul ayında DİM-in internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək". Rubrika.Az Geri qayıt |