Əsas Səhifə > Cəmiyyət > Bakıda karantin rejimini pozan kafe icarədarı və müştəriləri cərimələnib - FOTO

Bakıda karantin rejimini pozan kafe icarədarı və müştəriləri cərimələnib - FOTO


29-06-2020, 18:07
Bakıda karantin rejimini pozan kafe icarədarı və müştəriləri cərimələnib - FOTO



Paytaxtın Səbail rayonunda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 200 manat cərimə olunublar.


Bakıda karantin rejimini pozan kafe icarədarı və müştəriləri cərimələnib - FOTO

Bakıda karantin rejimini pozan kafe icarədarı və müştəriləri cərimələnib - FOTO


Rubrika.Az
Geri qayıt