Əsas Səhifə > Siyasət > Sabah Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formatında görüşü keçiriləcək

Sabah Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formatında görüşü keçiriləcək


29-06-2020, 19:17
Sabah Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formatında görüşü keçiriləcək


Sabah Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur.

Rubrika.Az xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüşün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün E. Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə videokonfrans formatında görüşü keçirilib.//yenisabah.az


Rubrika.Az
Geri qayıt