Əsas Səhifə > Dünya > Moskvada yaşayış binasında partlayış olub, 7 nəfər yaralanıb

Moskvada yaşayış binasında partlayış olub, 7 nəfər yaralanıb


29-06-2020, 19:54
Moskvada yaşayış binasında partlayış olub, 7 nəfər yaralanıb


Rusiyanın paytaxtı Moskva şəhərinin Proxodçikov küçəsində yerləşən yaşayış binasında partlayış olub.

Rubrika.Az-ın məlumatına görə, partlayış qaz sızması nəticəsində baş verib.

Nəticədə yaşayış binasında dörd mənzildə yanğın olub. Ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın söndürülüb, 7 nəfər xəsarət alıb və bir nəfərin vəziyyəti ağırdır.



Rubrika.Az
Geri qayıt