Əsas Səhifə > Hadisə > TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı - Fotola

TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı - Fotola


29-06-2020, 20:12
TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı - Fotola


Goranboyda iri tonnajlı yük avtomobili bir neçə minik avtomobilini yararsız hala salıb.

Rubrika.Az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı TIR-ın şininin partlaması nəticəsində iri tonnajlı avtomobil əvvəlcə yolayırıcı məhəccərə, daha sonra isə yolun kənarında olan iki "Mercedes" və bir "VAZ 21099" markalı avtomobilə çırpılaraq onları yararsız hala salıb.

Qəza zamanı TIR-ın sürücüsünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı - Fotola

TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı - Fotola

TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı - Fotola

TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı - Fotola

TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı - Fotola

TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı - Fotola



Rubrika.Az
Geri qayıt