Əsas Səhifə > Dünya > Avropa Birliyi Rusiyanın 15 dövlət şirkətinə qarşı sanksiyaların müddətini uzatdı
Avropa Birliyi Rusiyanın 15 dövlət şirkətinə qarşı sanksiyaların müddətini uzatdı29-06-2020, 20:37 |
![]() Avropa Birliyi Ukrayna ərazilərinin işğalına görə Rusiyaya qarşı tətbiq olunmuş sektoral iqtisadi sanksiyaların müddətini 6 ay daha uzatmaq barədə qərar qəbul edib. Rubrika.Az xəbər verir ki, yayılan bəyanatda sanksiyaların 2021-ci ilin 31 yanvarına qədər uzadıldığı bildirilir. Qeyd edək ki, sanksiyaların müddətinin artırılması barədə siyasi qərar 17-18 iyunda Birlik liderlərinin videosammitində qəbul olunmuşdu. Liderlər qısa müzakirədən sonra belə qərara gəldilər ki, Minsk razılaşmasının tələblərinə əməl olunmur. Xatırladaq ki, Rusiyada neft, bank və müdafiə sektorlarında dövlət və dövlətin geniş iştirakı ilə yaradılmış 15 böyük şirkətə qarşı Avropa Birliyinin sanksiyaları 2014-cü ilin iyulunda – Krımın işğalından sonra qəbul edilib. Ondan sonra sanksiyalar dəfələrlə sərtləşdirilməklə müddəti uzadılıb. 2015-ci ilin martında Avropa Birliyi sammitində Minsk razılaşmasının Rusiya tərəfindən tam icrasına qədər sanksiyaların davam etdirilməsi barədə qərar qəbul olunub. Ondan bəri “Normand formatı”nın üzvü olan Almaniya və Fransa ildə iki dəfə Minsk razılaşmasına əməl olunma vəziyyətinə dair Avropa Birliyi sammitlərində hesabatla çıxış edirlər. Rubrika.Az Geri qayıt |