Əsas Səhifə > Cəmiyyət > Gömrük Komitəsi məşhur milyarderə cərimə yazdı

Gömrük Komitəsi məşhur milyarderə cərimə yazdı


30-06-2020, 11:40
Gömrük Komitəsi məşhur milyarderə cərimə yazdı

Dövlət Gömrük Komitəsi "İSR Kapital Investments" MMC barədə inzibati protokol tərtib edib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsiunə göndərilib.

İşə hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "İSR Kapital Investments" MMC "İSR Holdinq" MMC-yə aid şirkətdir.

"İSR Holdinq" iş adamı İsgəndər Xəlilov tərəfindən yaradılıb./Report

Rubrika.Az
Geri qayıt