Əsas Səhifə > Mədəniyyət > “Altı aydı pul üzü görmürəm” – Faiq Ağayev

“Altı aydı pul üzü görmürəm” – Faiq Ağayev


30-06-2020, 13:56
“Altı aydı pul üzü görmürəm” – Faiq Ağayev

“Sonuncu dəfə yanvar ayında toy idarə etmişəm. Altı aydır ki, pul üzü görmürəm".

Rubrika.Az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev İTV-də yayımlanan “Fatehin divanı” proqramında qonaq olarkən deyib. Sənətçi karantin dövründə gəlir yerinin olmamasından gileylənib:

“Mənim ürəyim yanır. Təkcə musiqiçilər, müğənnilər deyil, günəmuzd çalışanlar, bizim sferaya bağlı olan insanlar - gül, paltar satışı ilə məşğul olanlar, restoran işçiləri, administratorlar, aşbazlar... Onlar 4 aydır işləmirlər. Mən təbii ki, kənara pul atmışam. İnsan ən qənaətcil halda o pulu bir il xərcləyə bilər, bəs sonra nə olacaq?"

Rubrika.Az
Geri qayıt