Əsas Səhifə > Siyasət > Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başlayıb - YENİLƏNİB

Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başlayıb - YENİLƏNİB


30-06-2020, 17:08
Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başlayıb - YENİLƏNİB


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında videokonfrans formatında görüş başlayıb.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edirlər.

***

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında videokonfrans formatında növbəti görüş keçiriləcək.

“Report” xəbər verir ki, dünən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar.



Rubrika.Az

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında baş tutmuş öncəki görüşü ATƏT-in Minsk qrupunun iştirakı ilə aprelin 21-də keçirilib.

Rubrika.Az

Geri qayıt