Əsas Səhifə > Aktual > Prezidentin köməkçisi: “Xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var”
Prezidentin köməkçisi: “Xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var”30-06-2020, 18:18 |
|
“Azərbaycan dövləti Qarabağ müharibəsi ilə yanaşı koronavirus müharibəsi şəraitində yaşayır”. Rubrika.Az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, hər kəs koronavirus müharibəsində qələbəyə öz töhfəsini verməlidir: “5 iyula qədər Azərbaycanda xüsusi karantin rejimi uzadılıb. Xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var”. Rubrika.Az Geri qayıt |