Əsas Səhifə > Səhiyyə > Moskvada koronavirusdan daha 35 nəfər ölüb

Moskvada koronavirusdan daha 35 nəfər ölüb


1-07-2020, 10:16
Moskvada koronavirusdan daha 35 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 35 nəfər ölüb.

Rubrika.Az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 35 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 3 831 nəfərə çatıb.

Rubrika.Az
Geri qayıt