Əsas Səhifə > Səhiyyə > Gürcüstanda Sibir xorasına yoluxma halı qeydə alınıb
Gürcüstanda Sibir xorasına yoluxma halı qeydə alınıb1-07-2020, 10:39 |
|
Gürcüstanın Tianeti rayonunun Tuşurebi kəndində Sibir xorasına (“qara yara”) yoluxma faktı qeydə alınıb. “Report”un yerli bürosu xəbər verir ki, yoluxan şəxs mal-qara sahibi olan 50 yaşlı kişidir. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə kənddə dezinfeksiya işləri aparılıb. Yoluxan şəxs xəstəxanada müalicə olunur. Rubrika.Az Geri qayıt |