Əsas Səhifə > Səhiyyə > Gürcüstanda COVID-19-a yoluxanların sayı 931-ə çatdı

Gürcüstanda COVID-19-a yoluxanların sayı 931-ə çatdı


1-07-2020, 10:46
Gürcüstanda COVID-19-a yoluxanların sayı 931-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı son sutkada 3 nəfər artaraq 931-ə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə bu xəstəliyə tutulanların 794-ü sağalıb, 15-i isə dünyasını dəyişib.

Gürcüstan üzrə karantində 2 809, stasionar nəzarətdə isə 229 nəfər saxlanılır.

Rubrika.Az
Geri qayıt