Əsas Səhifə > Dünya > “Türk Eskobar“ xanımıyla birlikdə saxlanıldı
“Türk Eskobar“ xanımıyla birlikdə saxlanıldı1-07-2020, 11:42 |
|
Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən narkotikə və narkotik gəlirlərinə qarşı 9 ölkəylə birlikdə Cümhuriyyət tarixinin ən böyük əməliyyatı keçirilib. "Bataqlıq" əməliyyatı nəticəsində 94 şübhəlidən 74-ü nəzarətə götürülüb. Şübhəlilərin bank hesablarında olan 70 milyona yaxın əmanət blok edilib. Məsələnin maraqlı tərəfi isə ələ keçirilənlər arasında "Türk Eskobar" ləqəbi ilə tanınan Nejat Daşın olmasıdır. O, həyat yoldaşı və baldızı ilə birgə saxlanılıb. Qeyd edək ki, nəzarətə götürülənlərin biri polis rəisi, ikisi isə polisdir.(Yenisabah.az) Rubrika.Az Geri qayıt |