Əsas Səhifə > Dünya > Tehranda xəstəxanada baş verən partlayış nəticəsində 20 nəfər həlak olub

Tehranda xəstəxanada baş verən partlayış nəticəsində 20 nəfər həlak olub


1-07-2020, 16:17
Tehranda xəstəxanada baş verən partlayış nəticəsində 20 nəfər həlak olub

Ötən gecə Tehrandakı xəstəxanaların birində güclü partlayış baş verib.

Rubrika.az AZƏRTAC-a istinadla xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 20 nəfər həlak olub. Ölənlərin 10-u tibb bacısıdır. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb edilib.

İranın bəzi mətbuat orqanları qeyd ediblər ki, partlayış xəstəxananın təsərrüfat işlərinə məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində baş verib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.

Rubrika.Az
Geri qayıt