Əsas Səhifə > Cəmiyyət > "Bəhram Bağırzadəyə təcili ağciyər köçürülməlidir" deyən həkimdən ilginc açıqlama
"Bəhram Bağırzadəyə təcili ağciyər köçürülməlidir" deyən həkimdən ilginc açıqlama1-07-2020, 16:29 |
![]() Əməkdar artist Bəhram Bağırzadə dünən saat 11 radələrindən etibarən ECMO cihazından ayrılıb. Bildirilib ki, ECMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq əməkdar artist cihazdan ayrılıb. Hazırda Bəhram Bağırzadənin süni tənəffüs aparatı vasitəsilə öz ağciyərinin köməyi ilə digər orqanların oksigenlə təminatının mümkün olduğu qeyd edilib. Yada salaq ki, bir müddət öncə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, koronavirusa yoluxan xəstələrin müalicəsində iştirak edən məşhur həkim Ədalət Rüstəm Musavat.com-a açıqlamasında bildirmişdi ki, ağ ciyərin 90 faizi zədələnibsə, onun bərpa olunması mümkün deyil. Ona görə də həkim çıxış yolu kimi ağ ciyər transplantasiyasının həyata keçirilməsini təklif etmişdi. Bəs Ədalət Rüstəm əməkdar artistin indiki vəziyyətini necə dəyərləndirir? Məsələ ilə bağlı Musavat.com-a danışan Ədalət Rüstəm bildirib ki, Bəhram Bağırzadəni müalicə edən həkim komandası çox peşəkardır və bu gedişatı uğur kimi dəyərləndirmək olar: “İnanıram ki, bu komanda Bəhram Bağırzadəni ayağa qaldıracaq. Bir məsələni deyim ki, həkimlərin bəziləri özlərini sığortalamaq üçün vəziyyəti şişirdirlər. Yaxud da doğru dəyərləndirmə edə bilmirlər. Çox güman ki, Bəhramın ciyəri 50-60 faiz işləməyib. Əgər ciyərin yalnız 50-60 faizi işləmirsə, xəstələrin 40 faizi ECMO-dan sağ çıxa bilir. Əgər deyildiyi kimi ciyərlərdə 90 faiz problem olsaydı, onun cihazdan ayılması mümkün deyildi. Dünyada bu cür hal olmayıb ki, 90 faiz ciyəri zədələnən xəstəni sağaltmaq mümkün olsun. Böyük ehtimalla indiki halda Bəhram sağalacaq. Hər halda onu ECMO cihazından ayıra biliblərsə bu, böyük uğurdur”. Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir. Rubrika.Az Geri qayıt |