Əsas Səhifə > Cəmiyyət > Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə bağlı AÇIQLAMA

Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə bağlı AÇIQLAMA


1-07-2020, 16:41
Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə bağlı AÇIQLAMA

“Sentyabr ayından başlayaraq xaricdə təhsil alan tələbələrin maliyyələşməsi həyata keçiriləcək”.

Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili mövzusunda keçirilən onlayn brifinqdə deyib.

O qeyd edib ki, bu da yaxın illər ərzində ən yüksək səviyyəli təhsil alan 500-ə yaxın azərbaycanlı tələbələrin maliyyələşməsi deməkdir: “İl ərzində iki dəfə qəbul nəzərdə tutulmuşdu. İlk qəbul baş tutdu. 2021-ci ilin yanvar semestri üçün də növbəti qəbul sisteminin aktivləşdirilməsi planlaşdırılır”.

Rubrika.Az
Geri qayıt