Əsas Səhifə > Səhiyyə > Koronavirusa yoluxanların sayı 10 milyon 600 minə yaxınlaşır

Koronavirusa yoluxanların sayı 10 milyon 600 minə yaxınlaşır


2-07-2020, 10:20
Koronavirusa yoluxanların sayı 10 milyon 600 minə yaxınlaşır

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 10 milyon 591 min 470 nəfərə çatıb.

Rubrika.Az bildirir ki, məlumatı pandemiyanın statistikasını aparan "Worldometers" saytı yayıb.

Bildirilir ki, pandemiya qurbanlarının sayı 514 min 50 nəfərdir. İndiyədək 5 milyon 800 min 659 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Virus 213 ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Rubrika.Az
Geri qayıt