Əsas Səhifə > Dünya > İranda koronavirusa yoluxanların sayı 230 mini keçib

İranda koronavirusa yoluxanların sayı 230 mini keçib


1-07-2020, 17:23
İranda koronavirusa yoluxanların sayı 230 mini keçib


Qonşu İranda koronavirusa yoluxma hallarının sayı 230 mini keçib.

Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, COVID-19 infeksiyasının qurbanlarının sayı 11 minə yaxındır.

Səhiyyə Nazirliyinin nümayəndəsi onu da bildirib ki, ötən gün 2 459 yoluxma halı qeydə alınıb, 141 nəfər ölüb.


Rubrika.Az
Geri qayıt