Əsas Səhifə > Hadisə > Bakıda 65 yaşlı qadın evində ölü tapılıb

Bakıda 65 yaşlı qadın evində ölü tapılıb


1-07-2020, 18:04
Bakıda 65 yaşlı qadın evində ölü tapılıb


Bakıda 65 yaşlı qadın mənzilində ölü tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan, 1955-ci il təvəllüdlü Xaziyeva Alla Akilovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.


Rubrika.Az
Geri qayıt