Əsas Səhifə > İdman > Donald Gerye "Qarabağ"a qayıdıb

Donald Gerye "Qarabağ"a qayıdıb


1-07-2020, 19:47
Donald Gerye "Qarabağ"a qayıdıb


Son olaraq "Neftçi"də çıxış edən Donald Gerye "Qarabağ"a qayıdıb.

Rubrika.Az-ın Report-a istinaadən məlumatına görə, bu barədə 31 yaşlı cinah oyunçusu şəxsi "Instagram" hesabından məlumat verib.

Haitili oyunçu Ağdam təmsilçisinə geri döndüyünü və anlaşmanın tamamlandığını yazıb.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.



Rubrika.Az
Geri qayıt