Əsas Səhifə > Dünya > “Twitter” yenə Trampın paylaşdığı fotonu sildi
“Twitter” yenə Trampın paylaşdığı fotonu sildi2-07-2020, 11:30 |
|
“Twitter” sosial şəbəkəsi ABŞ prezidenti Donald Trampın öz hesabında paylaşdığı şəkillərdən birini silib. Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, prezidentin iyunun 30-da paylaşdığı foto müəllif hüquqlarının pozulması əsas gətirilərək silinib. Bu “New York Times” nəşrində Tramp barədə geniş yazı dərc edən jurnalistin fotosu olub. Məlumata görə, qəzet Donald Trampın tvitindən şikayət etdikdən sonra şirkət həmin paylaşımı silib. Xatırladaq ki, “Twitter” bir neçə gün öncə Trampın paylaşımlarından birini silmişdi. Rubrika.Az Geri qayıt |