Əsas Səhifə > Səhiyyə > Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı
Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı3-07-2020, 16:55 |
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koronavirusa yoluxan əməkdaşlarının sayı məlum olub. Qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin 12 nəfər əməkdaşı COVID-19-a yoluxub. “Onlardan altı nəfər artıq sağalıb. Altı əməkdaşımız sosial izolyasiya rejimində müalicələrini davam etdirirlər”. Qeyd edək ki, bir müddət əvvəl nazirliyin səkkiz əməkdaşında koronavirus aşkarlanmışdı. Rubrika.az Geri qayıt |