Əsas Səhifə > Dünya > Türkiyə ordusu İraqın şimalını bombaladı
Türkiyə ordusu İraqın şimalını bombaladı3-07-2020, 18:09 |
|
Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İraqın şimalına raket zərbələri endirib. Rubrika.Az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb. Əməliyyat İraqın şimalında yerləşən Dahuk əyalətində həyata keçirilib. Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında PKK-ya qarşı “Qartal caynağı” əməliyyatına başlayıb. Rubrika.Az Geri qayıt |