Əsas Səhifə > Cəmiyyət > Karantin qaydalarını pozan 4 nəfər həbs edildi, 2294 nəfər cərimələndi

Karantin qaydalarını pozan 4 nəfər həbs edildi, 2294 nəfər cərimələndi


6-07-2020, 11:23
Karantin qaydalarını pozan 4 nəfər həbs edildi, 2294 nəfər cərimələndi

İyulun 5-i, istirahət günü xüsusi karantin rejimini pozduqlarına görə 4 nəfər inzibati qaydada həbs edilib, 2294 nəfər inzibati cərimə olunub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, koronavirusla mübarizə çərçivəsində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.

Həyata keçirilən nəzarət tədbirləri ilə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 11 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin 1-i inzibati həbs, 10 nəfər isə inzibati cərimə edilib.

Ümumilikdə ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər isə inzibati cərimə olunub ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

DİN vətəndaşlardan bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edir.

Rubrika.Az
Geri qayıt