Əsas Səhifə > Səhiyyə > Bu ölkədə hər gün 20 min adam koronavirusa yoluxur

Bu ölkədə hər gün 20 min adam koronavirusa yoluxur


6-07-2020, 16:29
Bu ölkədə hər gün 20 min adam koronavirusa yoluxur

Hazırda Hindistanda 699 402 nəfər koronavirus infeksiyasının daşıyıcısı var.

Rubrika.Az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Hindistan bu göstərici ilə yalnız ABŞ və Braziliyadan geri qalır. Hindistanın qabaqladığı Rusiyada isə yoluxma hallarının sayı 687 862-yə bərabərdir.

Qeyd edək ki, Hindistanda ardıcıl üç gündür ki, sutka ərzində 20 mindən artıq yoluxma qeydə alınır.

Rubrika.Az
Geri qayıt