Əsas Səhifə > Cəmiyyət > AZAL-dan sərnişinlərə: “Provokasiyalara uymayın“
AZAL-dan sərnişinlərə: “Provokasiyalara uymayın“6-07-2020, 19:18 |
|
Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar AZAL aviaşirkəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, aviaşirkətin və ya səfirliyin/konsulluğun təqdim etdiyi rəsmi məlumata etibar etməyi sərnişinlərdən bir daha xahiş edir. Qurumdan Rubrika.Az-a verilən məlumata görə, AZAL aviabilet alışı zamanı aviaşirkətin rəsmi internet saytından (www.azal.az) istifadə etməyi, provokasiyaya uymamağı və qeyri-rəsmi məlumatlara inanmamağı sərnişinlərə israrla tövsiyə edir. Əks halda, sərnişin həm vaxtını, həm də pul vəsaitini itirə bilər: “Aviaşirkət bir daha sərnişinlərə xatırladır ki, pandemiya dövründə yerinə yetirilən çarter və ya xüsusi reyslər barədə bütün məlumat AZAL-ın internet saytında və aviadaşıyıcının sosial şəbəkələrdəki rəsmi profillərində yerləşdirilir. “Azərbaycan Hava Yolları” həmçinin provokasiya xarakterli hərəkətləri, yəni qəsdən qeyri-dürüst məlumatın yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir”. Rubrika.Az Geri qayıt |