Əsas Səhifə > İdman > Rusiya klubunun 3 futbolçusunda koronavirus aşkarlandı

Rusiya klubunun 3 futbolçusunda koronavirus aşkarlandı


7-07-2020, 12:27
Rusiya klubunun 3 futbolçusunda koronavirus aşkarlandı

Rusiya Milli Futbol Liqasında (FNL) çıxış edən "Tom"un 3 futbolçusu koronavirusa yoluxub.

Rubrika.Az xəbər verir ki, bu barədə klubun təmsil etdiyi Tom şəhərinin Operativ Qərargahı məlumat yayıb.

İnfeksiya aşkarlanan oyunçulardan biri xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir. Digər 2 futbolçunun durumu daha yaxşıdır və onlar ev şəraitində həkim nəzarəti altındadırlar.

Komandanın digər üzvlərinin analizlərinin nəticələri isə mənfi çıxıb. Sportinfo yazır ki, "Tom" koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümü 9-cu pillədə başa vurub.

Rubrika.Az
Geri qayıt