Əsas Səhifə > İdman > "Keşlə" klubu Şamaxını seçdi
"Keşlə" klubu Şamaxını seçdi7-07-2020, 17:12 |
|
Yeni mövsümdən Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Keşlə"nin avrokuboklara harada hazırlaşacağı müəyyənləşib. Rubrika.Az xəbər verir ki, Klubun Mətbuat xidmətinin rəhbəri Murad Axundovun "Report"a verdiyi məlumata görə, komanda Şamaxıda məşq təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinin vaxtı dəqiq bilinmir. Klub rəsmisinin sözlərinə görə, komanda üzvlərindən koronavirusla bağlı analiz götürüldükdən sonra məşqlərə start veriləcək. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün avrokuboklara qatılacaq komandaların ("Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt") açıq havada məşq etməsinə icazə verib. Rubrika.Az Geri qayıt |