Əsas Səhifə > Cəmiyyət > Bakıda avtomobildən 2 min manatdan çox oğurluq edildi

Bakıda avtomobildən 2 min manatdan çox oğurluq edildi


8-07-2020, 09:29
Bakıda avtomobildən 2 min manatdan çox oğurluq edildi

Bakıda avtomobildə oğurluq hadisəsi baş verib.

Rubrika.Az-ın “Report”a istinadla xəbərinə görə, hadisə iyulun 5-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs həmin qəsəbədə yaşayan Ü.Vəliyevə məxsus “Toyota” markalı avtomobildən şüşəni sındırmaqla 325 manat pul, 1 890 manat dəyərində videoregistrator, eynək, geyin əşyaları, mobil telefon və digər əşyalar oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Məsud İbrahimov saxlanılıb.

Faktla bağklı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt