Əsas Səhifə > Araşdırma > Mirşahin Ağayevlə bağlı son xəbər

Mirşahin Ağayevlə bağlı son xəbər


8-07-2020, 11:45
Mirşahin Ağayevlə bağlı son xəbər

Koronavirus (COVID-19) infeksiyasına yoluxan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Real TV) baş direktoru Mirşahin Ağayevin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.

Rubrika.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Real”ın baş redaktor müavini Lalə Nurəddinqızı bildirib.

L.Nurəddinqızının sözlərinə görə, M.Ağayevin həyat yoldaşı Səbinə Ağayeva bəzi məlumatlarda deyildiyi kimi xəstəxanada deyil:

“Onun səhhətiylə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, təhlükəsizlik səbəbilə Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülüb.

Rubrika.Az
Geri qayıt