Əsas Səhifə > Cəmiyyət > Bakıda korrupsiyaya qarşı əməliyyat keçirildi: Vəzifəli şəxs tutuldu

Bakıda korrupsiyaya qarşı əməliyyat keçirildi: Vəzifəli şəxs tutuldu


8-07-2020, 14:01
Bakıda korrupsiyaya qarşı əməliyyat keçirildi: Vəzifəli şəxs tutuldu

Bakıda vəzifəli şəxsin həbs edilməsi üçün əməliyyat keçirilib.

Rubrika.Az-ın demokrat.az-a istinadən əldə etdiyi məlumata görə, əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib.

Keçirilən əməliyyat nəticəsində Qədirov Lütfi Balahüseyn oğlu həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq gedir.

Rubrika.Az
Geri qayıt