Əsas Səhifə > Səhiyyə > Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü9-07-2020, 09:44 |
|
Dünyada COVID-19-a yoluxma halları 12 007 327 təşkil edir. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət oranlarının, həmçinin dünya KİV-lərinin, digər açıq mənbələrin statistikasını aparan Cons Hopkins Universiteti bildirib. Universitetin məlumatına görə, dünyada koronavirusdan 548 799 pasiyent ölüb. Bununla yanaşı, pandemiya ərzində virusdan 6 533 436 pasiyent sağalıb. Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Rubrika.Az Geri qayıt |