Əsas Səhifə > Siyasət > Zakir Həsənovun müavini vəzifəsindən azad edildi - RƏSMİ
Zakir Həsənovun müavini vəzifəsindən azad edildi - RƏSMİ8-07-2020, 10:30 |
|
Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Bu bağlı Müdafiə Nazirliyi məlumat yayıb. General-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə yeni vəzifəyə təyin edilib. General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb. Rubrika.az Geri qayıt |