Əsas Səhifə > Cəmiyyət > Koronavirus sırası onunla mübarizə aparan əsas həkimlərdən birinə də çatdı
Koronavirus sırası onunla mübarizə aparan əsas həkimlərdən birinə də çatdı9-07-2020, 12:59 |
![]() Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub. Rubrika.Az bildirir ki, bu barədə "Qafqazinfo" məlumat yayıb. Məlumata görə, Cavid Paşayev hazırda reanimasiya şöbəsindədir. Bildirilir ki, virus 3 gün ərzində onun bədənində inkişaf edib və Paşayevin ciyərinin əksəriyyəti zədələnib. C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir. Məlumatda o da bildirilir ki, Cavid Paşayev koronavirus yayılmağa başlayan günlərdən onunla mübarizəyə qatılan ilk həkimlərdən olub. Onun 100-lərlə xəstənin sağalmasında rolu olub, həmişə insanları virusdan qorunmağa çağırıb. Rubrika.Az Geri qayıt |