Əsas Səhifə > Cəmiyyət > Canəli Əkbərovun oğlu vəfat edib - FOTO

Canəli Əkbərovun oğlu vəfat edib - FOTO


10-07-2020, 07:34
Canəli Əkbərovun oğlu vəfat edib - FOTO

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.

Bu barədə Hacı Nuran sosial media hesabında məlumat yayıb.

Məlumatda bildirilir ki, Xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib. Buna səbəb səhhətindəki problemlər olub.

Mərhumun nəşini dəfn etmək üçün sabah Lənkəran rayonunun Tükəvilə kəndinə aparacaqlar.

Qeyd edək ki, aprel ayının əvvəlində Canəli Əkbərovun qardaşı da Rusiyada avtomobil qəzasında həlak olmuşdu.

Rubrika.az
Geri qayıt