Əsas Səhifə > Səhiyyə > Braziliyada son sutkada koronavirusa 42,6 min yoluxma aşkarlandı
Braziliyada son sutkada koronavirusa 42,6 min yoluxma aşkarlandı10-07-2020, 09:32 |
|
Braziliyada koronavirus xəstələrinin sayı son sutkada 42 min nəfərdən çox artıb. Rubrika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib. Nazirliyin məlumatına görə, ötən sutkada COVID-19-a 42 619 yoluxma aşkarlanıb. Bununla da Cənubi Amerika ölkəsində koronavirus xəstələrinin sayı 1 755 779 nəfərə yüksəlib. Ötən gün Braziliyada 1 220 nəfər təhlükəli infeksiyadan ölüb. Beləliklə ölkədə pandemiya qurbanlarının sayı 69 184 nəfərə çatıb. Nazirliyin məlumatına görə, virusa yoluxmuş 1 milyondan çox insan sağalıb. Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ikinci yerdədir. Siyahıda birinci yerdə ABŞ qərarlaşıb. Rubrika.Az Geri qayıt |