Əsas Səhifə > Mədəniyyət > Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA10-07-2020, 10:06 |
|
“Bəhram Bağırzadənin kliniki əlamətləri yaxşıdır”. Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib. O bildirib ki, Əməkdar artistin vəziyyətində müsbət dinamika davam edir: “Bəhram Bağırzadənin reabilitasiya prosesi davam edir. Kliniki göstəriciləri yaxşıdır. Eyni zamanda, əhval-ruhiyyəsi də yüksəkdir”. Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadə iyulun 2-də komadan ayılıb. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir. Rubrika.Az Geri qayıt |