Əsas Səhifə > Səhiyyə > Bakıda koronavirusla mübarizəyə Çin və Kuba həkimləri də qoşulacaqlar

Bakıda koronavirusla mübarizəyə Çin və Kuba həkimləri də qoşulacaqlar


10-07-2020, 15:30
Bakıda koronavirusla mübarizəyə Çin və Kuba həkimləri də qoşulacaqlar

“Çin Xalq Respublikasının ekspert qrupunun yaxın həftələr ərzində Azərbaycana gəlməsi gözlənilir”.

Rubrika.Az-in virtualaz.org-a istinadla məlumatına görə, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, koronavirusun ilk başlanğıc nöqtələrindən biri Çindir və bu sahədə maraqlı təcrübəsi var: “Düşünürük ki, onların da öz qabaqcıl təcrübələrini bizimlə bölüşməsi çox faydalı olacaq. Bundan başqa, ölkəmizə Kubadan da mütəxəssislərin gəlməsi gözlənilir. Sual yarana bilər - niyə Kuba? Çünki bu ölkənin dünyada bilinən mükəmməl səhiyyə sistemi var və ebola pandemiyası yaranan zaman mütəxəsisləri öz sözlərini deyib. İş prinsipi o formada qurulacaq ki, ayrıca səhiyyə ocaqları ayrılacaq”.

Rubrika.Az
Geri qayıt