Əsas Səhifə > Cəmiyyət > Xalqımızın sağlamlığında ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir

Xalqımızın sağlamlığında ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir


10-07-2020, 16:47
Xalqımızın sağlamlığında ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir

Bildiyimiz kimi Azərbaycan hökuməti COVID-19 pandemiyasının artmasını nəzrə alaraq lazımlı tədbirlər həyata keçirir. Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tükilmişdir.

Xəstəliyə yoluxmanın tempi yüksək olsa da vəziyyət dövlətimizin nəzarəti altındadır. Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. Bununla bağlı hüquq-mühafizə orqanları qoyulan qaydalara əməl olunmasına ciddi nəzarət edir. Lakin vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr təbii ki, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacaqlar. COVİD-19 pandemiyası ilə bağlı görülən işlərin biri də Ölkəmizdə modul tipli xəstəxanaların tikilməsidir.
Cənab Prezident İlham Əliyev təcili modul tipli xəstəxanaların tikilməsi üçün göstərişlər verdi və bu göstərişdən sonra ölkəmizdə təcili təxirəsalınmaz işlər görüldü . Artıq modul tipli beş xəstəxana – 2-si Bakı şəhərində, 1- i Sumqayıt şəhərində, 1-i Gəncə şəhərində, 1-i isə Abşeron rayonunda fəaliyyətdədir, daha beş modul tipli xəstəxana inşa olunacaqdır.
Bütün açılışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Dövlət başçısı İlham Əliyev çıxışlarında Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığın davam etdirilməsindən, iqtisadiyyatımızın ciddi əsaslar üzərində qurulmasından, 30-dan çox ölkəyə humanitar yardımların və maliyyə yardımının verilməsindən danışaraq tibb işçilərinə öz tapşırıq və tövsiyələrini verdi.
Ölkə başçımız hər sahədə olduğu kimi tibb sahəsində də əlindən gələni əsirgəmir. Bu çətin pandemiya dövründə ölkə başçımız daim xalqın yanındadır. Hər sahədə olduğu kimi tibb sahəsində də çox sayda gənc həkimlərimiz çalışır. Bu da Ölkə başçımızın gənclərə olan dəstəyi deməkdir.

İradə Hüseynova
Nəsimi rayon sakini



Geri qayıt