Əsas Səhifə > Cəmiyyət > BNA Bəxtiyar Hacıyevi təhqir etdi: “Get işinlə məşğul ol …”

BNA Bəxtiyar Hacıyevi təhqir etdi: “Get işinlə məşğul ol …”


10-07-2020, 16:52
BNA Bəxtiyar Hacıyevi təhqir etdi: “Get işinlə məşğul ol …”
BNA Bəxtiyar Hacıyevi təhqir etdi: “Get işinlə məşğul ol …”

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai fəal Bəxtiyar Hacıyevi təhqir edib.

Rubrika.Az xəbər verir ki, bu barədə B. Hacıyevin özü “facebook” vasitəsilə məlumat verib.

O bildirib ki, elə sözügedən sosial şəbəkədə BNA-nın 2.1 milyonluq və 194 min manatlıq tenderləri ilə bağlı yazdığı posta BNA-nın rəsmi “facebook” səhifəsi tərəfindən belə cavab verilib:

“Get işinlə məşğul ol, axmaq adam”.

B. Hacıyev bildirib ki, buna görə qurumdan rəsmi açıqlama və üzr gözləyir.

Qeyd edək ki, BNA-nın parkinq qiymətlərini analiz edib quruma parkinq yerləri ilə bağlı məsləhət xidmətləri verməsi üçün elan etdiyi tenderi 2 ay əvvəl yaradılmış "Alpina Parking Consulting" şirkətinin udması barədə ilk dəfə Yeniavaz.com məlumat verib.

Rubrika.Az
Geri qayıt